ABŞ-da səsdən iti uçan hərbi reaktiv təyyarə qəzaya uğrayıb

Digər ölkələr
  • 14 noyabr, 2018
  • 05:48
ABŞ-da səsdən iti uçan hərbi reaktiv təyyarə qəzaya uğrayıb

Bakı. 14 noyabr. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinə məxsus səsdən iti uçan “T-38 Talon” reaktiv təlim təyyarəsi qəzaya uğrayıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Laulin Həbi Aviabazasının icitmaiyyətlə əlaqələr bölməsinn nümayəndəsi Maykl Makqann bildirib.

Onun sözlərinə görə, qəza ABŞ-ın Texas ştatının Laulin Hərbi Aviabazası yaxınlığında baş verib.

İkiyerli təyyarədə olan pilotların taleyi hələlik məlum deyil. Hadisə yerinə xilasedicilər cəlb olunub, mütəxəssislər araşdırma aparırlar.

44 - Tezliklə