Vaşinqton məktəbində atışma zamanı yaralananların sayı 6 nəfərə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 13 sentyabr, 2017
  • 19:15
Vaşinqton məktəbində atışma zamanı yaralananların sayı 6 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 13 sentyabr. REPORT.AZ/ Vaşinqton məktəblərindən birində naməlum şəxsin atəş açması nəticəsində yaralananların sayı 6 nəfərə çatıb.

"Report" xəbər verir ki, ilkin məlumata görə, hadisəni törədən şəxs saxlanılıb.

Bildirilir ki, insident yerinə tibb və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.


***22:18

Bakı. 13 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatlarda silahlı insident baş verib.

"Report" xəbər verir ki, paytaxt Vaşinqtondakı məktəblərdən birində silahlı şəxs insanlara atəş açıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.