ABŞ-da “İda” qasırğası qurbanlarının sayı 82 nəfərə çatıb

Digər ölkələr
  • 09 sentyabr, 2021
  • 05:02
ABŞ-da “İda” qasırğası qurbanlarının sayı 82 nəfərə çatıb

ABŞ-da “İda” qasırğasının səbəb olduğu müxtəlif hadisələr nəticəsində azı 82 nəfər ölüb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, qurbanların çoxu Nyu-York ştatında, Nyu-Cersi ştatında, Luizianada, Pensilvaniyada, Konnektikut və Merilend ştatlarında müşahidə edilir.

Ölənlərin çoxu su ilə dolu binaların zirzəmisində yaşayırdı.