ABŞ-da bir gündə 52 mindən çox şəxs koronaviursa yoluxub

Digər ölkələr
  • 14 mart, 2021
  • 13:14
ABŞ-da bir gündə 52 mindən çox şəxs koronaviursa yoluxub

ABŞ-da son 24 saatda 52 642 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu ölkənin Cons Hopkins Universiteti açıqlayıb.

Məlumata görə, son sutkada 1 701 nəfər pandemiyanın qurbanı olub. Ümumilikdə, ABŞ-da 29 400 958 şəxs koronavirusa yoluxub.

COVID-19-dan ölənlərin sayı isə 534 315 nəfərdir.