ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər

Digər ölkələr
  • 02 sentyabr, 2026
  • 04:55
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər

Amerika alimləri Cənubi Dakota ştatındakı yeraltı tədqiqat müəssisəsində potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər.

"Report"un "Reuters"ə istinadən məlumatına görə, Senford Mərkəzinin tədqiqatçıları keçmiş qızıl mədənində təxminən 1,5 kilometr dərinlikdə 10 ton ksenonun olduğu silindrik cihazdan istifadə etməklə LUX-ZEPLIN təcrübəsini aparıblar.

Alimlərin fərziyəsinə görə, ksenon qaranlıq maddə ilə qarşılıqlı təsir göstərərkən işıq parıltıları yarada bilər. Təcrübə zamanı tədqiqatçılar zəif ultrabənövşəyi işıq parıltısını qeydə alıblar ki, bu da ksenon atomunun "zəif qarşılıqlı təsir edən kütləvi zərrəciyi" - yəni qaranlıq materiyanın mümkün formalarından biri ilə qarşılıqlı təsiri ilə əlaqələndirilib. Bu hadisəni alimlər "nüvə geriləməsi" adlandırıblar.

Senford Mərkəzinin tədqiqatçıları nəticələri üçün digər mümkün izahları istisna etməyə davam edirlər. Onlar fərziyyələri tək bir müşahidəyə əsaslandırmağın uyğun olmadığına inandıqları üçün təcrübəni təkrarlamaq niyyətindədirlər.