"A320" təyyarəsinin qəzaya uğradığı ərazidən ilk cəsəd çıxarılıb

Digər ölkələr
  • 25 mart, 2015
  • 22:21
A320 təyyarəsinin qəzaya uğradığı ərazidən ilk cəsəd çıxarılıb

Bakı. 26 mart. REPORT.AZ/ Xilasedicilər Fransanın çətin keçilə bilən Alp dağları ərazisindən qəzaya uğramış "Germanwings" aviaşirkətinə məxsus "A320" təyyarəsinin ilk sərnişininin qalıqlarını çıxartmağa müvəffəq olublar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "DPA" nəşrinə Fransa polisinin nümayəndəsi məlumat verib.

Bununla yanaşı o, xlasedicilərin neçə cəsəd çıxartmağa nail olduqlarını açıqlamayıb.

Barselona-Düsseldorf marşrutu üzrə hərəkət edən "A320" layneri çərşənbə axşamı dağlıq yüksəkliklərdə qəzaya uğrayıb. Təyyarədə olan 144 sərnişin və altı heyət üzvü həlak olub. Ölənlərin əksəriyyəti Almaniya və İspaniya vətəndaşlarıdırlar.