WUF13 üçüncü günündə öz işinə davam edir - FOTOREPORTAJ
- 19 may, 2026
- 10:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üçüncü günündə öz işinə davam edir.
"Report" xəbər verir ki, bu gün də sessiya çərçivəsində müxtəlif mövzularda müzakirələr və brifinqlər təşkil olunacaq.
Forumda gün ərzində ümumilikdə 160-dan çox tədbirin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, dünən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimi olub və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
Məlumat üçün qeyd edək ki, forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.
Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini bir daha Azərbaycana yönəldəcək ən mühüm beynəlxalq platformalardan biri hesab olunur.
"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.