Sabah Azərbaycan Milli Məclisinin plenar iclası keçiriləcək

Daxili siyasət
  • 07 may, 2015
  • 07:30
Sabah Azərbaycan Milli Məclisinin plenar iclası keçiriləcək

Bakı. 7 may. REPORT.AZ/ Sabah - mayın 8-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən "Report"a bildirilib ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib.

Belə ki, gündəlikdə "Reklam haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Qiymətli kağızlar bazarı haqqında" qanunlara və Mülki Məcəlləyə dəyişiklik edilməsi, "Vətəndaşların müraciəti haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi yer alıb.