Saatlı və Neftçalada Xocalı soyqırımının ildönümü qeyd edilib
- 26 fevral, 2023
- 12:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Saatlı və Neftçala rayonlarında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Report”un Aran bürosunun məlumatına görə, Saatlıda anım mərasimində Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhər mərkəzində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önünə tər qərənfillər düzüblər.
Xocalı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhadətə ucalan oğullarımızın ruhuna dualar oxunub.
Neftçalada anım günü ilə bağlı keçirilən tədbirdə məktəblilərin hazırladıqları rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə ədəbi-bədii kompozisiyalar, “Böyüməyən uşaqlar” bədii filmi nümayiş olunub.