Qubad İbadoğlunun tərəfdarları Müsavatın mitinqində iştirak edib-etməməklə bağlı qərar qəbul edəcək
Daxili siyasət
- 27 noyabr, 2014
- 11:26
Bakı. 27 noyabr. REPORT.AZ/ "Şəxsən mən mitinqdə iştirak edəcəyəm. Çünki siyasi məhbuslarla bağlı mitinqə qoşulmamaq düzgün olmaz".
Bunu "Report"a açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib. O, bütövlükdə başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarlarının hələlik mitinqdə iştirak edib-etməməklə bağlı qərar vermədiklərini qeyd edib: "Qubad bəyin tərəfdarları mitinqdə iştirakla bağlı yaradılan işçi qrupunda müzakirə aparıb qərar verəcəklər".
Qeyd edək ki, Müsavat Partiyası 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar dekabrın 14-də mitinq keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Mitinqin keçmiş "Məhsul" stadionunda keçirilməsi planlaşdırılıb.
Son xəbərlər
03:41
Netanyahu Tehranın nüvə proqramı ilə bağlı məlumatları Trampa təqdim edəcək
Digər ölkələr03:17
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İKT02:50
ABŞ "qara siyahı"da olan bir sıra Rusiya təşkilatları barədə məlumatları yeniləyib
Digər ölkələr02:21
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib
Digər ölkələr01:45
Serbiyanın NIS şirkəti ABŞ-dan lisenziyanın uzadılması ilə bağlı qərarı gözləyir
Digər ölkələr01:18
Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb
Digər ölkələr00:58
Foto
Video
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
Hadisə00:22
Tramp: ABŞ olmadan İsrail mövcudluğunu davam etdirə bilməzdi
Digər ölkələr23:56