Ombudsmandan əfv edilənlərə müraciət: "Prezidentin humanist addımından nəticə çıxararaq layiqli vətəndaş olsunlar"
Daxili siyasət
- 19 mart, 2021
- 06:22
"Prezidentin imzaladığı əfv sərəncamı 625 məhkuma şamil edilir".
"Report"un xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
"Bu, bizi, məhkumları, onların ailə üzvlərini, yaxınlarını çox sevindirir. Biz cənab Prezidentə göstərdiyi bu humanist siyasətə, insan hüquqlarına verdiyi dəyərə görə təşəkkürümüzü bildiririk".
O qeyd edib ki, müvəkkil tərəfindən 72 nəfər barəsində müraciət olunmuşdu:
"Cənab Prezidentin sərəncamı ilə həmin şəxslər azadlığa buraxılıb. Mən bu münasibətlə bütün məhkumları təbrik edirəm. Onları dəvət edirəm ki, cənab Prezidentin bu humanist addımından nəticə çıxararaq gələcəkdə dövlətimizə, xalqımıza, millətimizə layiqli vətəndaş olsunlar".
Son xəbərlər
02:43
ABŞ İranın blokadasından sonra 55 ticarət gəmisini yönləndirib
Digər ölkələr02:12
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
Digər ölkələr01:37
Britaniya Aİ ilə xidmətlər sahəsində əməkdaşlığı dərinləşdirəcək
Digər ölkələr01:02
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Digər ölkələr00:21
Foto
Video
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
Hadisə00:13
Məsud Pezeşkian: İranın region ölkələri ilə münasibətləri yaxşılaşır
Region23:57
ABŞ-da qırıcılar Trampın qolf klubu üzərində təyyarələri ələ keçirib
Digər ölkələr23:34
Almaniya dronlarla mübarizə üzrə xüsusi bölmənin sayını ikiqat artıracaq
Digər ölkələr23:17