Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsindən azad edilib

Daxili siyasət
  • 14 mart, 2016
  • 18:30
Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsindən azad edilib

Bakı. 14 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsindən azad olunub.

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, Rasim Hüseynov Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsindən azad edilib.