Naxçıvan Dövlət Miqrasiya Xidmətinə rəis təyin edilib

Daxili siyasət
  • 09 mart, 2016
  • 17:43
Naxçıvan Dövlət Miqrasiya Xidmətinə rəis təyin edilib

Bakı. 9 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə rəis təyin olunub.

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Şahin Nəbiyev Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə rəis təyin edilib.