Gədəbəydə Baş Prokurorluğun təşkilatçılığı konfrans keçirilib

Daxili siyasət
  • 10 iyun, 2022
  • 06:20
Gədəbəydə Baş Prokurorluğun təşkilatçılığı konfrans keçirilib

Gədəbəyədə 15 iyun Milli Qurtuluş Günü ərəfəsində “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı konfrans keçrilib.

"Report"un yerli bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Gədəbəy rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Qonaqlara ulu öndər haqqında ətraflı məlum verilib.

Dövlət Himni səsləndirildikdən sonra tədbirdə açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev fenomenal şəxsiyyət, dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə olunmasından sonra ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulmasını, yüksək nəzəri biliyə və peşəkarlığa malik kadrlarla komplektləşdirilməsini, fəaliyyətin beynəlxalq standartlara uyğun formalaşdırılmaqla müasir dövlət təsisatına çevrilməsini diqqətə çatdırıb.

Konfrans zamanı çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev mötəbər tədbirin Gədəbəy şəhərində təşkil edilməsindən məmnunluğunu ifadə edərək dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratdığını qeyd etmiş, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikasının möhtərəm Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi nəticəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrildiyini vurğulamışdır.Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu tədbir zamanı qeyd edən Gədəbəy rayon prokuroru Əli Babayev ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib.

Konfrans zamanı, həmçinin, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Şəmkir Regional QHT Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Bədəlov çıxışlar edib. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında ərsəyə gəlmiş ümummilli liderin xatirəsinə həsr olunmuş “Qanun naminə-Heydər Əliyev salnaməsi” adlı sənədli filminə baxıb.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

09:46


Gədəbəydə "Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi" adlı konfrans keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, konfransda Daşkəsən, Gədəbəy, Şəmkir rayon prokurorluqları və Şəmkir hərbi prokurorluğunun məsul əməkdaşları, dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər-gül dəstələri düzüblər.

Daha sonra Heydər Əliyev mərkəzində konfrans başlayıb.

Qeyd edək ki, Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən konfransda Prokurorluğun istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev də iştirak edir.