FHN Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib
- 01 noyabr, 2025
- 12:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı-Şamaxı magistral avtomobil yolunun 28-ci km yerləşən ərazidə oktyabrın 31-də Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, aksiya Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının iştirakı ilə baş tutub.
Tədbirin məqsədi ətraf mühitin qorunmasına töhfə vermək, yaşıllıqların artırılmasına dəstək göstərmək, yaşıl və güclü Azərbaycan ideyasını təcəssüm etdirməkdən ibarət olub.
Aksiyada müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.