Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub

Futbol
  • 16 oktyabr, 2026
  • 10:24
Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub

İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Alfaco Sisse avrokubok matçında het-trik edən ən gənc italiyalı futbolçu olub.

"Report" "Opta"ya istinadən xəbər verir ki, o bunu UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda, "Zaltsburq"a qarşı matçda (4:0) reallaşdırıb.

Sisse 19 yaş 358 günlüyündə het-trikə imza atıb.

Əvvəlki göstərici cəmi iki gün əvvəl "Brügge"nin (Belçika) hücumçusu Nikolo Trezoldi tərəfindən müəyyənləşdirilmişdi. O, çərşənbə axşamı UEFA Çempionlar Liqasında A Seriyasının digər təmsilçisi "İnter"lə oyunda (4:3) 22 yaş 54 günlüyündə het-trikə imza atmışdı.

Qeyd edək ki, N.Trezoldinin nəticəsinə qədər rekord 1997/1998 mövsümündə Çempionlar Liqasının yarımfinalında "Monako" ilə görüşdə (4:1) üç dəfə fərqlənən Alessandro Del Pyeroya (23 yaş 144 gün) məxsus idi.