Fariz İsmayılzadə: "Aqrar sektor üçün yüksək ixtisaslı kadrlar hazırlanacaq"
- 16 oktyabr, 2026
- 10:25
Yeniliklərdən dərhal xəbərdar olun!
ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universiteti aqrar sektor üçün yüksək ixtisaslı kadrlar hazırlayacaq.
"Report" xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Bakıda keçirilən "Ümumdünya Ərzaq Günü 2026" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Universitetin Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin əsas məqsədi Azərbaycan, region və dünya üçün yüksək keyfiyyətli kadrlar hazırlamaq, həmçinin yeni texnologiyalara diqqət ayırmaqdır.
"Ümid edirəm ki, qonaqlar bugünkü panel müzakirəsindən zövq alacaq, yeni dostluqlar və əlaqələr (netvorkinq) quracağıq, tələbələrimiz təcrübəli spikerlərdən bəhrələnəcəklər və biz birlikdə Azərbaycanın kənd təsərrüfatı sektorunu daha güclü, daha çiçəklənən və daha inkişaf etmiş edə biləcəyik", - deyə prorektor əlavə edib.