Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Daxili siyasət
  • 26 fevral, 2022
  • 07:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

"Bu gün saat 17:00-da Azərbaycanda Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək".

Bunu “Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, bu məqsədlə avtomobil yollarında hərəkət dayanacaq.