Azərbaycanda prezident seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərin sayı açıqlanıb

Daxili siyasət
  • 11 aprel, 2018
  • 17:30
Azərbaycanda prezident seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərin sayı açıqlanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan müraciətlərin sayı açıqlanıb.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, səsvermə başlayan andan - saat 08:00-dan səsvermə başa çatanadək - saat 19:00-dək quruma 300-ə yaxın müraciət daxil olub. 

Bildirilib ki, bunlar sorğu xarakterlidir, şikayət xarakterli məlumat daxil olmayıb.