Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Şəhidlər xiyabanını ziyarət edib

Daxili siyasət
  • 27 aprel, 2018
  • 11:54
Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai Şəhidlər xiyabanını ziyarət edib.

“Report”un xəbərinə görə, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.