Ağdam şəhərinə köçürüləcək ailələr sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib

Daxili siyasət
  • 03 noyabr, 2025
  • 18:08
Ağdam şəhərinə köçürüləcək ailələr sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib

Ağdam şəhərinə köçürüləcək ailələr sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib.

"Report" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilib.

Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.

Qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır.

Son xəbərlər

Bütün Xəbər Lenti