Xorvatiya şirkətlərinin Azərbaycanda maraq göstərdiyi sahələr açıqlanıb

Biznes
  • 12 mart, 2024
  • 13:25
Xorvatiya şirkətlərinin Azərbaycanda maraq göstərdiyi sahələr açıqlanıb

Xorvatiya şirkətləri Azərbaycanda əsasən IT sahəsinə maraq göstərir.

"Report" xəbər verir ki, bunu Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Xorvatiya şirkətləri Azərbaycanda IT sahəsi üzrə bir neçə layihə həyata keçiriblər.

"Xorvatiya şirkətləri üçün Azərbaycanda enerji sahəsi də xüsusi maraq doğurur. Növbəti yeri isə kənd təsərrüfatı və turizm sahələri tutur. Turizm Xorvatiya üçün çox vacibdir. Xorvatiyanın ÜDM-nin 25 %-i turizm hesabına formalaşır. Azərbaycan da azad olunmuş əraziləri ilə turizm sektorunu genişləndirir. Ona görə hesab edirəm ki, turizm sahəsində də əməkdaşlıq üçün böyük potensial var", - deyə səfir vurğulayıb.