Özbəkistandan Azərbaycana göndərilmiş yük ilk dəfə "eTIR"la rəsmiləşdirilib

Biznes
  • 19 yanvar, 2023
  • 06:36
Özbəkistandan Azərbaycana göndərilmiş yük ilk dəfə eTIRla rəsmiləşdirilib

Özbəkistandan Azərbaycana göndərilmiş yük ilk dəfə yeni elektron prosedur- "eTIR" (daşıma üçün vahid tranzit icazəsi) vasitəsilə rəsmiləşdirilib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, söhbət Daşkənddən Bakıya əvvəlcə maşınla, sonra isə təyyarə ilə çatdırılan quru və təzə meyvə yüklənmiş 4 konteynerdən gedir.

Daşınma simvolik xarakter daşıyıb və BMT-nin xəbər portalı bunu “beynəlxalq daşımalarda rəqəmsal eranın başlanğıcı” adlandırıb.

44 - Tezliklə