"Netflix"in həmtəsisçisi: "Azərbaycan maraqlı kontentin istehsal və istehlak edilə biləcəyi ölkədir"

Biznes
  • 30 sentyabr, 2025
  • 12:16
Netflixin həmtəsisçisi: Azərbaycan maraqlı kontentin istehsal və istehlak edilə biləcəyi ölkədir

Azərbaycan həm maraqlı kontentin istehsal oluna, həm də istehlak edilə biləcəyi ölkədir.

"Report" xəbər verir ki, bunu "Netflix" şirkətinin həmtəsisçisi Mark Rendolf "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaxşı hekayələr universal xarakter daşıyır və hər yerdə yarana bilər: "Əyləncə bir ölçüdə hamıya uyğun deyil. Striminq platformalarının gücü ondan ibarətdir ki, onlar spesifik auditoriyalara maraqlı ola biləcək kontent də istehsal edə bilirlər. Azərbaycan həm maraqlı kontent istehsal oluna biləcək, həm də müxtəlif kontentin istehlak edilə biləcəyi ölkələrdən biridir".

M. Randolf bildirib ki, innovasiyaların həyata keçirilməsində əsas məsələ kiçik addımların atılmasıdır: "İnnovasiyanın həyata keçirilməsi böyük ideya fikirləşib, çox vaxt və pul sərf edib və bunun işləyib-işləməməsi ilə bağlı deyil. Bu, çox kiçik addımlardan gəlir. Əgər xüsusilə də risk etməyə öyrəşməmiş bir hissəsində və ya sənayesindəsinizsə. Erkən mərhələdəki sahibkarlara hər zaman tövsiyə edirəm ki, pul toplamayın. İşinizdən çıxmayın".

O qeyd edib ki, biznesə başlayanlar üçün artım istiqamətində kiçik addımların atılması və bu istiqamətdə yolların tapılması vacibdir.

Son xəbərlər

Bütün Xəbər Lenti