Komitə sədri: “Azərbaycanda sahibkarların 35%-i qadınlardır”

Biznes
  • 05 mart, 2019
  • 10:03
Komitə sədri: “Azərbaycanda sahibkarların 35%-i qadınlardır”
Hicran Hüseynova

Bakı. 5 mart. REPORT.AZ/ "Hazırda Azərbaycanda sahibkarların 35%-ni qadınlar təşkil edir".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hican Hüseynova bu gün Azərbaycan Kənd Qadınları Assosiasiyasının təqdimat mərasimində çıxışı zamanı deyib. 

H.Hüseynova vurğulayıb ki, bu göstərici ötən illərlə müqayisədə artıb. O, həmçinin əlavə edib ki, bu gün Azərbaycan qadınları çətin sahələrdə fəaliyyət göstərirlər və komitə qadınlara dəstək verməyə hazırdır.