Gürcüstandan Azərbaycana avtomobil satışı 26 % azalıb

Biznes
  • 20 iyun, 2025
  • 12:44
Gürcüstandan Azərbaycana avtomobil satışı 26 % azalıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycana 108 milyon ABŞ dolları dəyərində 3 741 ədəd avtomobil ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 % çox, kəmiyyət olaraq - 26 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 975 milyon ABŞ dolları dəyərində 38 724 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 32 % və 5 % çoxdur. O cümlədən Gürcüstandan Qırğızıstana 517 milyon ABŞ dolları dəyərində 16 095 ədəd, Qazaxıstana 281 milyon ABŞ dolları dəyərində 15 794 ədəd, Ermənistana 20,45 milyon ABŞ dolları dəyərində 883 ədəd, Tacikistana 15,8 milyon ABŞ dolları dəyərində 748 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,43 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.

44 - Tezliklə