"Galaxy S23 Ultra" 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında № 1 oldu
- 17 mart, 2023
- 13:58
Yeniliklərdən dərhal xəbərdar olun!
"Galaxy S23 Ultra" 7 Avropa İttifaqı İstehlakçılar Assosiasiyası arasında mobil telefon icmalının nəticələrinə görə 1-ci yerə çıxıb. İcmal Belçika, Danimarka, İtaliya, Niderland, Portuqaliya və Birləşmiş Krallıqda aparılıb. "Ultra"nı fərqləndirən xüsusiyyətlər möhtəşəm çalışma, əla kameralar və yaxşı batareya olub. Assosiasiyalar bunun üçün cihaz üzərində yoxlamalar aparıb və sorğu keçirib.
Bəzi icmallara daha dəqiq diqqət yetirək. Böyük Britaniyanın "Which" assosiasiyası "Galaxy S23 Ultra"nın bu vaxta qədər smartfonlardakı ən yüksək göstəricilərə malik olduğunu yazır. Bunların ən önəmlisi isə onun 200Mp-lik kamerasıdır. Proqram Təchizatının 5 illik yeniləmə zəmanəti də britaniyalıların diqqətindən qaçmayıb. Ümumi qənaətə görə, bu cihaz bu günə olan ən yaxşı smartfon adlandırılıb.
İtaliyanın "Altroconsumo" assosiasiyası dünya çaplı rejissorlar Ridli Skot və Na Hon Jinin dəyərləndirməsini xatırladır. Onların sözlərinə görə, "Galaxy S23 Ultra"nın kamerası peşəkar kameraya bərabərdir. Bildiyiniz kimi hər iki nəhəng "Galaxy S23 Ultra" ilə film çəkib:
Həqiqətən də model "120FPS" ilə video çəkiliş və montaj, görüntü sabitləşdiricisi və gecə çəkilişi imkanları ilə təchiz olunub. Rəydə suya davamlılıq qeyd olunur. Daha bir məqam da odur ki, hətta 100 dəfə yerə düşəndən sonra cihazın üzərində yalnız xırda cızıqlar qalıb.
Belçikanın "Test Achats" assosiasiyası ekodizayn, uzunömürlü batareya, qaranlıqda keyfiyyətli çəkiliş imkanı verən sensordan bəhs edən şərhləri toplayıb.
Bunlarla yanaşı, "Galaxy S23 Ultra" istehlakçıların rəğbətini sadəliyi, möhkəmliyi, keyfiyyətli zəngi və ekranı ilə qazanıb.
Yoxlama və müşahidələr barədə daha geniş məlumat əldə etmək üçün məqalədə verilən istinad linklərə daxil ola bilərsiniz.
https://www.test-achats.be/hightech/gsm/news/samsung-galaxy-s23
Növbəti linklərdə isə adı çəkilən digər ölkələrin assosiasiyalarının saytlarında yerləşdirilən abunəli yazılar dərc olunub. Müvafiq qeydiyyat prosedurunu keçəndən sonra axtarış bölməsində "Galaxy S23 Ultra" yazaraq peşəkar yoxlama və onların nəticələri ilə tanış ola bilərsiniz:
- Danimarka – https://taenk.dk/test/smartphones-og-mobiltelefoner/hvilken-samsung-telefon-skal-jeg-vaelge
- Portuqaliya – https://www.deco.proteste.pt/tecnologia/telemoveis/comparar/samsung-galaxy-s23-ultra-12gb-512gb/31791_88495
- İspaniya – https://www.ocu.org/tecnologia/telefono/comparador/samsung-galaxy-s23-ultra-1tb-12gb/31791_88500
- Niderland – https://www.consumentenbond.nl/smartphone/producten/samsung/galaxy-s23-ultra-512-plus-12-gb-phantom-black