Bakıda ictimai iaşə dövriyyəsi 18 %-dən çox artıb

Biznes
  • 30 iyun, 2025
  • 11:08
Bakıda ictimai iaşə dövriyyəsi 18 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 750,3 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə real ifadədə 18,2 % çoxdur.

O cümlədə, hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi 399,6 milyon manat olub. Bu, ümumi dövriyyənin 53,3 %-ini təşkil edib.

Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 16,6 % artaraq 987,9 milyon manat olub.

44 - Tezliklə