Azərbaycanın yalnız ixrac əməliyyatı apardığı ölkələr hansılardır?

Biznes
  • 31 avqust, 2023
  • 11:56
Azərbaycanın yalnız ixrac əməliyyatı apardığı ölkələr hansılardır?

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 9 ölkəyə məhsul ixracı həyata keçirib, lakin həmin ölkələrdən idxal əməliyyatı olmayıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həmin ölkələrin siyahısına Yəmən (1 milyon 539 min 190 ABŞ dolları), Marşal adaları (340 min ABŞ dolları), Monqolustan (124 min 60 ABŞ dolları), Toqo (119 min 840 ABŞ dolları), Seneqal (47 min 860 ABŞ dolları), Qabon (27 min 860 ABŞ dolları), Aruba (24 min 870 ABŞ dolları), Men adası (18 min 70 ABŞ dolları) və Kayman adaları (5 min 520 ABŞ dolları) daxildir.

Aruba, Kayman adaları, Qabon, Marşal adaları, Men adası, Toqo və Yəməndən məhsul idxalı ötən il də olmayıb.

Monqolustan və Seneqaldan isə ötən ilin eyni dövründə müvafiq olaraq 77 min ABŞ dolları və 250 ABŞ dolları dəyərində məhsul idxal edilib.

Bruney-Darüssalam, Ekvatorial Qvineya, Qayana, Maldiv adaları, Namibiya və Sudandan isə ötən il məhsul idxalı həyata keçirilməsə də, bu il kiçik həcmdə məhsul alışına başlanılıb.