Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 3 dəfədən çox artıb

Biznes
  • 18 aprel, 2022
  • 06:32
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 3 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 10,908 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyin dövrü ilə müqayisədə 63,6% çoxdur.

Ötən 3 ayda xarici ticarət dövriyyəsinin 7,981 milyard dolları ixracın, 2,927 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 92,9%, idxal isə 15,7% artıb.

Son nəticədə xarici ticarətdə 5,054 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,1 dəfə çoxdur.