Azərbaycanın tütün ixracı 60%-dən çox azalıb

Biznes
  • 19 fevral, 2022
  • 08:55
Azərbaycanın tütün ixracı 60%-dən çox azalıb
google.az

Bu ilin yanvar ayında Azərbaycan 5,3 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,45 % azdır.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalına çəkilən xərc ümumi idxal xərclərinin 0,5 %-ni təşkil edib.

Ay ərzində Azərbaycan həmçinin 2,45 milyon dollarlıq tütün və onun sənaye əvəzedicilərini ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 61,2 % çoxdur.

Tütün və tütün əvəzedicilərinin ixracından əldə olunmuş gəlir ümumi ixrac gəlirlərində cüzi paya malik olub.