Azərbaycanın şərab istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək

Biznes
  • 30 aprel, 2024
  • 05:08
Azərbaycanın şərab istehsalçısının səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 22-də, saat 11:00-da “Abşeron Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsi, 1 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2023-cü il üzrə maliyyə fəaliyyətinin yekunlarının müzakirə və təsdiq edilməsi, eləcə də digər məsələlər daxildir.

Xatladaq ki, “Abşeron-Şərab” Azərbaycanda üzüm qəbulu, emalı və onun əsasında spirtli içkilər istehsal edən aparıcı müəssisələrdən biridir. Şirkət məhsullarını Rusiya, Belarus, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Çin və digər ölkələrə ixrac edir.