Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 2,1 milyard dolları ötüb

Biznes
  • 22 iyul, 2023
  • 13:34
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 2,1 milyard dolları ötüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 164 milyon 562 min ABŞ dolları olub.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,7 % çoxdur.

Altı ayda Rusiya ilə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsində 8,27 % paya sahib olub.

Hesabat dövründə Azərbaycandan Rusiyaya 621 milyon 134 min ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 1,6 dəfə çoxdur. Dövr ərzində Rusiyaya ixrac ölkənin ümumi ixracının 3,46 %-ni təşkil edib.

Azərbaycanın Rusiyadan idxal etdiyi məhsulların isə dəyəri 30,6 % artaraq 1 milyard 543 milyon 427 min ABŞ dollarına çatıb. Rusiyadan idxal əməliyyatlarının ölkənin ümumi ixracında payı 18,83 % olub.

44 - Tezliklə