Azərbaycanın ixrac etdiyi əsas qeyri-neft-qaz məhsulları – SİYAHI
- 22 avqust, 2025
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyard 862 milyon 48,73 min ABŞ dolları dəyərində əsas qeyri-neft-qaz məhsulları ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,1 % çoxdur.
Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin 7 ayı ərzində ixrac etdiyi əsas qeyri-neft məhsullarının tam siyahısı göstərilib:
| Malın adı | Miqdar | 2024-cü ilin yanvar-iyul aylarına nisbətən |
Statistik dəyər (min ABŞ dolları) | 2024-cü ilin yanvar-iyul aylarına nisbətən |
| Tərəvəz və meyvə, ton | 490 210,91 | +33 % | 505 945,75 | +31,8 % |
| Bitki və heyvan mənşəli piylər və yağlar, ton | 10 544,24 | +7,8 % | 14 099,92 | -11,3 % |
| Şəkər və şəkərdən qənnadı məmulatları, ton | 43 958,67 | +1,8 dəfə | 31 721,15 | +1,7 dəfə |
| Sement, hazır və ya klinker formasında, ton | 541 401,46 | +27,7 % | 34 761,36 | +32,7 % |
| Mis filizləri və konsentratları, ton | 10 066,24 | +13,8 dəfə | 15 981,16 | +10,9 dəfə |
| Elektrik enerjisi, 1000 kVt/saat | 737 466,31 | -21,6 % | 41 609,91 | -19,7 % |
| Metanol (metil spirti), ton | 245 938,15 | -10,1 % | 59 790,65 | +9,6 % |
| Azot gübrəsi, ton | 338 658,17 | +10 % | 100 234,41 | +61,3 % |
| Etilen polimerləri, ilkin formalarda, ton | 79 237,6 | +15,6 % | 88 420,19 | +18,4 % |
| Polipropilen, ilkin formalarda, ton | 33 688,5 | +6,6 % | 39 280,14 | +12,5 % |
| Propilenin sopolimerləri, ilkin formalarda, ton | 43 293,4 | -12,2 % | 57 164,2 | +1,1 % |
| Pambıq lifi, ton | 76 286,16 | -7,4 % | 109 735,96 | -13,2 % |
| Pambıq iplik, ton | 7 281,92 | +28,2 % | 17 022,15 | +18,1 % |
| Qara metallar və onlardan hazırlanan məmulatlar, ton | 50 737,84 | +13,5 % | 49 982,2 | +18,2 % |
| Mis və ondan hazırlanan məmulatlar, ton | 2 856,74 | +12,8 % | 21 811,14 | +24,5 % |
| Alüminium və ondan hazırlanan məmulatlar, ton | 41 296,44 | -7,1 % | 117 099,86 | -1,4 % |
| Digərləri | - | - | 557 388,58 | +17,1 % |
| Cəmi | - | - | 1 862 048,73 | +18,1 % |