Azərbaycanın içki ixracından gəlirləri 4 dəfədən çox artıb

Biznes
  • 19 avqust, 2023
  • 11:24
Azərbaycanın içki ixracından gəlirləri 4 dəfədən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 39,359 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,425 milyon ABŞ dolları yaxud 4,4 dəfə çoxdur.

İlk yeddi ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə idxalının dəyəri isə 54,127 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 4,467 milyon ABŞ dolları (9 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,19 %-ni, idxal isə ümumi idxalın 0,57 %-ni təşkil edib.