Azərbaycanın bu il Gürcüstana yatırdığı birbaşa investisiyaların həcmi açıqlanıb

Biznes
  • 08 sentyabr, 2023
  • 08:25
Azərbaycanın bu il Gürcüstana yatırdığı birbaşa investisiyaların həcmi açıqlanıb

Bu ilin II rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 9,1 milyon ABŞ dolları həcmində birbaşa investisiya yatırıb.

“Report” bu barədə Gürcüstan Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövründə isə Azərbaycan qonşu ölkədən 4 milyon ABŞ dolları investisiyanı geri çəkib.

Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 7,5 milyon ABŞ dolları (31,6 % illik artım) həcmində investisiyanı geri çəkib, 2022-ci ilin yanvar-mart aylarında isə 5,7 milyon ABŞ dolları investisiya yatırıb.

Son nəticədə Azərbaycan yanvar-iyun aylarında qonşu ölkəyə yatırdığı investisiyanın həcmi illik müqayisədə 5,9 % azalaraq 1,6 milyon ABŞ dollara enib.

İkinci rübdə Gürcüstana ümumilikdə 505,7 milyon ABŞ dolları birbaşa xarici investisiya qoyulub ki, bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,9 % çoxdur.

Hesabat dövründə Gürcüstanın əsas sərmayədarları Böyük Britaniya (168,3 milyon ABŞ dolları), Türkiyə (71 milyon ABŞ dolları), Niderland (62,7 milyon ABŞ dolları), Çexiya (55,6 milyon ABŞ dolları), Malta (36,7 milyon ABŞ dolları), Rusiya (28,1 milyon ABŞ dolları), ABŞ (15,5 milyon ABŞ dolları), Birləşmiş Ərəb Əmirlikləri (11,7 milyon ABŞ dolları), Yaponiya (10,5 milyon ABŞ dolları) və Azərbaycan (9,1 milyon ABŞ dolları) olub.

Bu ilin I rübündə Gürcüstana ümumilikdə 566,4 milyon ABŞ dolları, bu da, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 % azdır. Yanvar-iyun aylarında Gürcüstana qoyulan ümumi sərmayənin həcmi isə 1 milyard 072,1 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə qonşu ölkənin cəlb etdiyi sərmayə 10,9 % artıb.

44 filmi