Azərbaycandan Qətərə yaşıl çay ixracına başlanılıb

Biznes
  • 17 fevral, 2023
  • 06:51
Azərbaycandan Qətərə yaşıl çay ixracına başlanılıb

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 1,284 milyon ABŞ dolları dəyərində 196 ton yaşıl çay gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 3,5 % azdır, kəmiyyət olaraq – 3,2 % çoxdur.

Azərbaycan Rusiyadan 449 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 0,4 % azalıb) 54,43 ton (-15 %), Çindən 365,5 min ABŞ dolları dəyərində (+69 %) 105 ton (+59 %), Türkiyədən 134 min ABŞ dolları dəyərində (-58 %) 7,5 ton (-72 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 117 min ABŞ dolları dəyərində (-7 %) 10,6 ton (-15 %), Şri-Lankadan 71 min ABŞ dolları dəyərində (-21 %) 6,47 ton (-15 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 346,4 min ABŞ dolları dəyərində (-13 %) 77,91 ton (-5 %) yaşıl çay ixrac edib.

Ukraynaya 171 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % artıb) 32 ton (+27 %), Rusiyaya 76,4 min ABŞ dolları dəyərində (+29 %) 31,1 ton (+48,1 %), Gürcüstana 30 min ABŞ dolları dəyərində (+58 %) 4,1 ton (+54,1 %), BƏƏ-yə 15 min ABŞ dolları dəyərində (+4,3 dəfə) 2,3 ton (+4,6 dəfə), Almaniyaya 12,4 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 2 ton (+2,2 dəfə) məhsul satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərə tədarük həyata keçirilib. Həmin ölkəyə 0,38 min ABŞ dolları dəyərində 0,03 ton yaşıl çay göndərilib.