Azərbaycanda duru bitki yağı və marqarin istehsalı azalıb

Biznes
  • 18 avqust, 2025
  • 15:18
Azərbaycanda duru bitki yağı və marqarin istehsalı azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 22 min 493,4 ton duru bitki yağları istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.

Hesabat dövründə Azərbaycanda həmçinin 27 min 318,7 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,7 % azdır.

Avqustun 1-nə ölkədə 3 min 11,4 ton duru bitki yağı, 3 min 350,1 ton isə marqarin ehtiyatı yaranıb. Bunlar, illik müqayisədə müvafiq olaraq 41,8 % və 53,3 % azdır.

Xatırladaq ki, 7 ayda Azərbaycanda 3 milyard 13,3 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,6 % çoxdur.