Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 40 %-ə yaxın artıb

Biznes
  • 31 may, 2025
  • 14:29
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 40 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 4 milyard 137 milyon 548,57 min ABŞ dolları dəyərində 1 milyon 938 min 75,95 ton məhsul daşınıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 43,8 % və 38,5 % çoxdur.

Bu ilin 4 ayında avtomobil nəqliyyatı ilə 3 milyard 414 milyon 589,8 min ABŞ dolları (+ 45 %) dəyərində 1 milyon 189 min 496,3 ton (+ 42,1 %) yük idxal olunub, 722 milyon 958,77 min ABŞ dolları (+ 39,1 %) dəyərində 748 min 579,68 ton (+ 33 %) yük ixrac edilib.

44 filmi