Azərbaycanda 400-dən artıq partnyor vergi ödəyicisi var

Biznes
  • 14 dekabr, 2016
  • 07:43
Azərbaycanda 400-dən artıq partnyor vergi ödəyicisi var

Bakı. 14 dekabr. REPORT.AZ/ Hazırda Azərbaycanda 400-dən artıq vergi ödəyicisi partnyor vergi ödəyicisi kateqoriyasına aid edilir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müşaviri Ələkbər Məmmədov deyib.

Ə.Məmmədovun sözlərinə görə, yanvarın 1-dən "Yaşıl dəhliz" layihəsi çərçivəsində pilot layihə kimi 1 saylı Ərazi Vergi İdarəsi və Bakı Vergi Departamentində keçiriləcək: "Pilot layihənin effektini 2017-ci ilin ortalarına qədər görəcəyik və ondan sonra regionlarda da tətbiq ediləcək. Partnyor vergi ödəyicilərinin siyahısını onların razılığı ilə dərc edəcəyik".