Azərbaycana 3 ölkədən kolbasa tədarükü bərpa edilib

Biznes
  • 24 fevral, 2023
  • 12:25
Azərbaycana 3 ölkədən kolbasa tədarükü bərpa edilib

2022-ci il ərzində Azərbaycana 16,224 milyon ABŞ dolları dəyərində 5 min 236 ton kolbasa idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə dəyər ifadəsində 0,1 % çoxdur, kəmiyyət olaraq – 6 % azdır.

Hesabat dövründə Rusiyadan Azərbaycana 11,129 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 0,5 % artıb) 3 min 965 ton (-7 %), Almaniyadan 1,71 milyon ABŞ dolları dəyərində (+4 %) 536 ton (+11,4 %), Belarusdan 1,6 milyon ABŞ dolları dəyərində (+17 %) 380 ton (-4 %), Türkiyədən 1 milyon ABŞ dolları dəyərində (+23 %) 212 ton (+38 %), Litvadan 201 min ABŞ dolları dəyərində (-26 %) 42,63 ton (-17 %) kolbasa gətirilib.

Altı ilin tamamında Latviyadan (4,27 min ABŞ dolları dəyərində 1,1 ton), 3 il 11 aylıq aradan sonra Fransadan (0,40 min ABŞ dolları dəyərində 0,02 ton) və 1 il 5 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (5,51 min ABŞ dolları dəyərində 0,51 ton) tədarük bərpa edilib.