Azərbaycan Vyetnama tütün tədarük etməyə başlayıb
- 10 mart, 2025
- 14:05
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 22,4 milyon ABŞ dolları dəyərində 6 937 ton tütün ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 3,3 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 5,7 milyon ABŞ dolları dəyərində 1 164 ton, İtaliyaya 4,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 dəfə çoxdur) 1 387 ton (+12 dəfə), Bolqarıstana 4 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 346 ton (+3,5 dəfə), Yunanıstana 2,4 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 814 ton (+3 dəfə), Rusiyaya 1,8 milyon ABŞ dolları dəyərində (-36 %) 907 ton (-44 %) məhsul satıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Vyetnama (89 min ABŞ dolları dəyərində 33 ton) və BƏƏ-yə tədarük həyata keçirilib.