Azərbaycan Ukraynaya armud tədarükünü bərpa edib
- 14 avqust, 2025
- 17:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycan 1,6 milyon ABŞ dolları dəyərində 2 169 ton armud ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 86 %, kəmiyyət olaraq – 69 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 1,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 81 % çoxdur) 2 037 ton (+62 %), Qazaxıstana 39,3 min ABŞ dolları dəyərində (+3 dəfə) 81,6 ton (+3 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 15,5 min ABŞ dolları dəyərində 38,8 ton (bir il əvvəl tədarük olmayıb), Qətərə 13,15 min ABŞ dolları dəyərində 8,2 ton (bir il əvvəl tədarük olmayıb) və Ukraynaya 2,2 min ABŞ dolları dəyərində 2,7 ton məhsul satıb.
Azərbaycan 3 il 8 aylıq fasilənin ardından Ukraynaya armud tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 9,1 min ton armudun 95 %-i Rusiyanın payına düşüb.