Azərbaycan Ukraynadan meyvə ağaclarının alışını bərpa edib

Biznes
  • 13 may, 2025
  • 17:12
Azərbaycan Ukraynadan meyvə ağaclarının alışını bərpa edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 9,9 milyon ABŞ dolları dəyərində 2 milyon 970 min ədəd ağac, kol və kolluq (yeməli bar gətirən) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 33 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37 % çoxdur) 2 milyon 177 min ədəd (+40 %), Fransadan 1,3 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 233 min ədəd (+15 dəfə), İtaliyadan 1,3 milyon ABŞ dolları dəyərində (-8 %) 167 min ədəd (-21 %), İspaniyadan 498 min ABŞ dolları dəyərində (-13 %) 92 min ədəd (-30 %), Yunanıstandan 471 min ABŞ dolları dəyərində (-23 %) 151 min ədəd (-17 %) məhsul alıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Ukraynadan tədarükü (29 min ABŞ dolları dəyərində 13 min ədəd) bərpa edib.

44 - Tezliklə