Azərbaycan Türkmənistana gil tədarükünü bərpa edib
- 11 fevral, 2025
- 11:59
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 16,4 milyon ABŞ dolları dəyərində 208 101 ton gil (bentonit, digər gillər) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 34 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 14,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % çoxdur) 197 527 ton (+44 %), Yaponiyaya 963 min ABŞ dolları dəyərində (-45 %) 3 360 ton (-49 %), Belarusa 745 min ABŞ dolları dəyərində (+15 %) 3 899 ton (+8 %), Polşaya 101 min ABŞ dolları dəyərində (-66 %) 2 128 ton (-67 %), Almaniyaya 46 min ABŞ dolları dəyərində (-32 %) 1 008 ton (-33 %) məhsul satıb.
Azərbaycan 9 ilin tamamında Türkmənistana tədarükü (16,1 min ABŞ dolları dəyərində 11 ton) bərpa edib.