Azərbaycan Türkiyəyə dondurma ixracını bərpa edib

Biznes
  • 30 avqust, 2024
  • 07:35
Azərbaycan Türkiyəyə dondurma ixracını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 3,4 milyon ABŞ dolları dəyərində 650 ton dondurma idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 20,7 % azdır.

Azərbaycan Türkiyədən 1,75 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 232 ton (-17 %), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (-28 %) 242 ton (-25 %), Belarusdan 347 min ABŞ dolları dəyərində (+17 %) 95 ton (+20 %), Ukraynadan 153 min ABŞ dolları dəyərində (-51 %) 48 ton (-42 %), Qazaxıstandan 104 min ABŞ dolları dəyərində (-24 %) 29,5 ton (+11,3 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 297,8 min ABŞ dolları dəyərində (+7,2 %) 73,6 ton (+5,2 %) dondurma ixrac edib.

Azərbaycan İsrailə 185 min ABŞ dolları dəyərində (+5,7 %) 45,38 ton (+2,3 %), Türkmənistana 99,57 min ABŞ dolları dəyərində (+1 %) 25,47 ton (+0,5 %) və Türkiyəyə 13,17 min ABŞ dolları dəyərində 2,75 ton dondurma satıb.

Azərbaycan 2 il 8 aylıq fasilənin ardından Türkiyəyə dondurma tədarükünü bərpa edib.

44 - Tezliklə