Azərbaycan şəkər ixracından gəlirini 47 % artırıb

Biznes
  • 15 iyul, 2023
  • 05:47
Azərbaycan şəkər ixracından gəlirini 47 % artırıb

Bu ilin I yarısında Azərbaycan 103,1 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 15,5 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 47,2 % çoxdur.

6 ay ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,3 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,4 % çoxdur.

6 aylıq xarici ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,8 % azalıb, idxal isə 29 % artıb.

Son nəticədə xarici ticarətdə 9 milyard 769 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 19,4 % azdır.