Azərbaycan şəkər ixracından gəlirini 35 % artırıb
- 28 fevral, 2025
- 12:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 17,2 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 1,4 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 35 % çoxdur.
Ay ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,8 %-ni, ixrac isə ümumi ixracın 0,05 %-ni təşkil edib.
Xatırladaq ki, yanvarda Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 70,5 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 64,8 % artıb, idxal isə 79,7 % artıb.
Son nəticədə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 40,5 % çoxdur.