Azərbaycan Rusiyadan hindtoyuğu ətinin alışını 3,5 dəfə artırıb
- 04 yanvar, 2023
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 2,289 milyon ABŞ dolları dəyərində 1 min 846 ton dondurulmuş hindtoyuğu əti idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,7 % çoxdur, kəmiyyət olaraq – 30 % azdır.
Hesabat dövründə Rusiyadan 817,44 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,2 dəfə çoxdur) 299,26 ton (+3,5 dəfə), Portuqaliyadan 405,52 min ABŞ dolları dəyərində (+51 %) 328,38 ton (+46,4 %), Braziliyadan 363,31 min ABŞ dolları dəyərində (+41,2 %) 403,48 ton (+63 %), Kanadadan 216,35 min ABŞ dolları dəyərində 305,51 ton (1 il 4 aydan sonra tədarük bərpa edilib), Türkiyədən 158,48 min ABŞ dolları dəyərində (-86 %) 219,9 ton (-87,2 %) məhsul gətirilib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (14 ölkədən) aldığı 3,1 min ton dondurulmuş hindtoyuğu ətinin 63 %-i Türkiyənin payına düşüb.