Azərbaycan Qətərə duz tədarükünü bərpa edib
- 09 aprel, 2024
- 09:42
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar ayında Azərbaycan 177,5 min ABŞ dolları dəyərində 1 min 569 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,9 % çoxdur, kəmiyyət olaraq – 7 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstana 102,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 610,5 ton (+2,8 dəfə), Rusiyaya 74 min ABŞ dolları dəyərində (-43 %) 948,5 ton (-30 %), Ukraynaya 1 min ABŞ dolları dəyərində (+27 %) 10 ton (+2 dəfə) və Qətərə 0,05 min ABŞ dolları dəyərində 0,2 ton məhsul satıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Qətərə duz tədarükünü bərpa edib.